Azəri
Surah Az-Zukhruf ( The Gold Adornment ) - Aya count 89
حم
( 1 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 1 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 1](style/islamic/icons/mp3.png)
Ha, Mim!
وَالْكِتَابِ الْمُبِينِ
( 2 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 2 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 2](style/islamic/icons/mp3.png)
(Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki,
إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ
( 3 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 3 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 3](style/islamic/icons/mp3.png)
Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur’an etdik.
وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ
( 4 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 4 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 4](style/islamic/icons/mp3.png)
Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir).
أَفَنَضْرِبُ عَنكُمُ الذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًا مُّسْرِفِينَ
( 5 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 5 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 5](style/islamic/icons/mp3.png)
Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Qur’anı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, sizi adam yerinə qoymayıb Qur’anla sizə öyüd-nəsihət verməməliyikmi?!)
وَكَمْ أَرْسَلْنَا مِن نَّبِيٍّ فِي الْأَوَّلِينَ
( 6 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 6 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 6](style/islamic/icons/mp3.png)
Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik.
وَمَا يَأْتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
( 7 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 7 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 7](style/islamic/icons/mp3.png)
Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər!
فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُم بَطْشًا وَمَضَىٰ مَثَلُ الْأَوَّلِينَ
( 8 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 8 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 8](style/islamic/icons/mp3.png)
Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin başına gələnlər (Qur’anda neçə yerdə) nəql olunub keçmişdir (bu müşrikləri də belə bir cəza gözləyir).
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ
( 9 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 9 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 9](style/islamic/icons/mp3.png)
Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” – deyə cavab verəcəklər.
الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ
( 10 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 10 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 10](style/islamic/icons/mp3.png)
O Allah ki, yeri sizin üçün beşik etdi və (istədiyiniz yerə) doğru-düzgün gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı.
وَالَّذِي نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَنشَرْنَا بِهِ بَلْدَةً مَّيْتًا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ
( 11 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 11 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 11](style/islamic/icons/mp3.png)
O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız!
وَالَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ الْفُلْكِ وَالْأَنْعَامِ مَا تَرْكَبُونَ
( 12 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 12 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 12](style/islamic/icons/mp3.png)
Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı.
لِتَسْتَوُوا عَلَىٰ ظُهُورِهِ ثُمَّ تَذْكُرُوا نِعْمَةَ رَبِّكُمْ إِذَا اسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ
( 13 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 13 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 13](style/islamic/icons/mp3.png)
Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin ne’mətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı.
وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ
( 14 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 14 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 14](style/islamic/icons/mp3.png)
Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!”
وَجَعَلُوا لَهُ مِنْ عِبَادِهِ جُزْءًا ۚ إِنَّ الْإِنسَانَ لَكَفُورٌ مُّبِينٌ
( 15 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 15 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 15](style/islamic/icons/mp3.png)
Amma (müşriklər mələklər Allahın qızlarıdır deyə) Ona Öz bəndələrindən övlad isnad etdilər. Həqiqətən, insan (Allahın ne’mətlərinə) açıq-aşkar naşükürdür!
أَمِ اتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَاكُم بِالْبَنِينَ
( 16 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 16 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 16](style/islamic/icons/mp3.png)
Yoxsa O, yaratdıqlarından qızları Özünə övlad götürüb oğlanları sizə məxsus etdi?!
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَٰنِ مَثَلًا ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ
( 17 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 17 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 17](style/islamic/icons/mp3.png)
Onlardan birinə Rəhmana (Allaha) isnad etdikləri (qız uşağı) ilə müjdə versən, qəzəbdən (hüzndən) boğularaq üzləri qapqara qaralar.
أَوَمَن يُنَشَّأُ فِي الْحِلْيَةِ وَهُوَ فِي الْخِصَامِ غَيْرُ مُبِينٍ
( 18 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 18 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 18](style/islamic/icons/mp3.png)
Onlar bərbəzək içində böyüdülüb, mübahisə (çəkişmə) zamanı bir dəlil gətirə bilməyən (xilqətcə zəif) qızlarını Allaha övlad isnad edirlər?
وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَٰنِ إِنَاثًا ۚ أَشَهِدُوا خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ
( 19 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 19 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 19](style/islamic/icons/mp3.png)
Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu-sual olunacaqlar!
وَقَالُوا لَوْ شَاءَ الرَّحْمَٰنُ مَا عَبَدْنَاهُم ۗ مَّا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ
( 20 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 20 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 20](style/islamic/icons/mp3.png)
Onlar dedilər: “Əgər Rəhman istəsəydi, biz onlara (mələklərə) ibadət etməzdik!” Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar.
أَمْ آتَيْنَاهُمْ كِتَابًا مِّن قَبْلِهِ فَهُم بِهِ مُسْتَمْسِكُونَ
( 21 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 21 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 21](style/islamic/icons/mp3.png)
Yoxsa onlara bundan (bu Qur’andan) əvvəl bir kitab vermişik və onlar (Allahdan başqasına ibadət etməyin mümkünlüyü barəsində) ona istinad edirlər?!
بَلْ قَالُوا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِم مُّهْتَدُونَ
( 22 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 22 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 22](style/islamic/icons/mp3.png)
Xeyr (belə bir şey yoxdur). Onlar: “Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca getdik!” – deyirlər.
وَكَذَٰلِكَ مَا أَرْسَلْنَا مِن قَبْلِكَ فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِم مُّقْتَدُونَ
( 23 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 23 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 23](style/islamic/icons/mp3.png)
(Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-ne’mət içində yaşayan böyükləri (valıları) sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!” – dedilər.
قَالَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ آبَاءَكُمْ ۖ قَالُوا إِنَّا بِمَا أُرْسِلْتُم بِهِ كَافِرُونَ
( 24 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 24 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 24](style/islamic/icons/mp3.png)
(Hər peyğəmbər öz ümmətinə) belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri (şəriəti, mö’cüzələri) inkar edirik!” – deyə cavab verdilər.
فَانتَقَمْنَا مِنْهُمْ ۖ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
( 25 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 25 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 25](style/islamic/icons/mp3.png)
Buna görə də Biz onlardan intiqam aldıq. (Ya Rəsulum!) Bir gör (peyğəmbərləri) yalançı sayanların axırı necə oldu!
وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِّمَّا تَعْبُدُونَ
( 26 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 26 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 26](style/islamic/icons/mp3.png)
Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam;
إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ
( 27 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 27 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 27](style/islamic/icons/mp3.png)
Yalnız məni yoxdan yaradan (Allahdan) başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!”
وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ
( 28 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 28 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 28](style/islamic/icons/mp3.png)
(İbrahim) onu (la ilahə illallah kəlməsini) öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, (Məkkə müşrikləri bütpərəstlikdən əl çəkib babaları İbrahimin dininə) qayıdalar!
بَلْ مَتَّعْتُ هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ جَاءَهُمُ الْحَقُّ وَرَسُولٌ مُّبِينٌ
( 29 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 29 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 29](style/islamic/icons/mp3.png)
Xeyr, Mən onlara da, atalarına da özlərinə haqq (Qur’an) və (həqiqəti, şəriət hökmlərini) bəyan edən bir peyğəmbər gələnədək gün-güzəran verdim!
وَلَمَّا جَاءَهُمُ الْحَقُّ قَالُوا هَٰذَا سِحْرٌ وَإِنَّا بِهِ كَافِرُونَ
( 30 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 30 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 30](style/islamic/icons/mp3.png)
Onlara haqq (olan Qur’an) gəldikdə: “Bu sehrdir, biz onu inkar edirik!” – dedilər.
وَقَالُوا لَوْلَا نُزِّلَ هَٰذَا الْقُرْآنُ عَلَىٰ رَجُلٍ مِّنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ
( 31 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 31 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 31](style/islamic/icons/mp3.png)
Onlar dedilər: “Məgər bu Qur’an iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin Məs’uda) nazil edilməli deyildimi?”
أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِّيَتَّخِذَ بَعْضُهُم بَعْضًا سُخْرِيًّا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ
( 32 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 32 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 32](style/islamic/icons/mp3.png)
(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bə’zilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) daha yaxşıdır!
وَلَوْلَا أَن يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِالرَّحْمَٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ
( 33 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 33 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 33](style/islamic/icons/mp3.png)
Əgər insanların (müşriklərin cah-calal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı (təhlükəsi) olmasaydı, Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin tavanlarını və (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik.
وَلِبُيُوتِهِمْ أَبْوَابًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِئُونَ
( 34 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 34 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 34](style/islamic/icons/mp3.png)
Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları (gümüşdən düzəldərdik).
وَزُخْرُفًا ۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۚ وَالْآخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ
( 35 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 35 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 35](style/islamic/icons/mp3.png)
Və (bunlardan əlavə onları) qızıl bəzəklər (içində qərq edərdik, yaxud həmin şeyləri qızıldan düzəldərdik). Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət (Cənnət) isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündur!
وَمَن يَعْشُ عَن ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ
( 36 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 36 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 36](style/islamic/icons/mp3.png)
Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar.
وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ
( 37 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 37 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 37](style/islamic/icons/mp3.png)
(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər!
حَتَّىٰ إِذَا جَاءَنَا قَالَ يَا لَيْتَ بَيْنِي وَبَيْنَكَ بُعْدَ الْمَشْرِقَيْنِ فَبِئْسَ الْقَرِينُ
( 38 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 38 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 38](style/islamic/icons/mp3.png)
Nəhayət, o, (qiyamət günü) hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: “Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!”
وَلَن يَنفَعَكُمُ الْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِي الْعَذَابِ مُشْتَرِكُونَ
( 39 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 39 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 39](style/islamic/icons/mp3.png)
Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız!
أَفَأَنتَ تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي الْعُمْيَ وَمَن كَانَ فِي ضَلَالٍ مُّبِينٍ
( 40 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 40 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 40](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) Məgər sən karlara (sözmü) eşitdirə bilərsən?! Yaxud korları, haqq yoldan açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən?!
فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ
( 41 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 41 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 41](style/islamic/icons/mp3.png)
Əgər Biz səni (onlara əzab verməmişdən əvvəl Öz dərgahımıza) götürüb aparsaq, (bil ki, qiyamət günü) onlardan mütləq intiqam alacağıq!
أَوْ نُرِيَنَّكَ الَّذِي وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ
( 42 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 42 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 42](style/islamic/icons/mp3.png)
Yaxud (sən həyatda ikən) onlara və’d etdiyimizi (əzabı) göstərəcəyik. Həqiqətən, Biz onlara (əzab verməyə) qadirik!
فَاسْتَمْسِكْ بِالَّذِي أُوحِيَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
( 43 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 43 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 43](style/islamic/icons/mp3.png)
Buna görə də sən özünə vəhy olunandan (Qur’andan) yapış. Həqiqətən, sən düz yoldasan!
وَإِنَّهُ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْأَلُونَ
( 44 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 44 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 44](style/islamic/icons/mp3.png)
Şübhəsiz ki, o (Qur’an) sənin üçün və sənin qövmün üçün şərəfdir (şərəfli bir xatırlama, öyüd-nəsihətdir). Siz (qiyamət günü Allahın əmrlərinə dünyada necə əməl etdiyiniz barədə) mütləq sorğu-sual olunacaqsınız!
وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَا أَجَعَلْنَا مِن دُونِ الرَّحْمَٰنِ آلِهَةً يُعْبَدُونَ
( 45 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 45 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 45](style/islamic/icons/mp3.png)
Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən (onların ümmətlərinin alimlərindən və müxlis mö’minlərindən) soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!”
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ
( 46 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 46 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 46](style/islamic/icons/mp3.png)
Biz Musanı Öz mö’cüzələrimizlə Fir’on və onun ə’yan-əşrafının yanına göndərmişdik. O demişdi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”
فَلَمَّا جَاءَهُم بِآيَاتِنَا إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ
( 47 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 47 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 47](style/islamic/icons/mp3.png)
(Musa) mö’cüzələrimizi onlara gətirər-gətirməz onlar bu mö’cüzələrə lağ edib gülmüşdülər.
وَمَا نُرِيهِم مِّنْ آيَةٍ إِلَّا هِيَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَاهُم بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ
( 48 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 48 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 48](style/islamic/icons/mp3.png)
Onlara bir-birindən böyük olan mö’cüzələr göstərdik, onları əzabla yaxaladıq (cürbəcür müsibətlərə düçar etdik) ki, bəlkə, (haqq yola) qayıdalar!
وَقَالُوا يَا أَيُّهَ السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ
( 49 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 49 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 49](style/islamic/icons/mp3.png)
Onlar dedilər: “Ey sehrbaz! (Dualarını qəbul edəcəyi barədə) səninlə olan əhdi hörmətinə Rəbbinə bizdən ötrü dua et (ki, bizi bəladan qurtarsın). Biz mütləq doğru yola gələcəyik!”
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ
( 50 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 50 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 50](style/islamic/icons/mp3.png)
Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər.
وَنَادَىٰ فِرْعَوْنُ فِي قَوْمِهِ قَالَ يَا قَوْمِ أَلَيْسَ لِي مُلْكُ مِصْرَ وَهَٰذِهِ الْأَنْهَارُ تَجْرِي مِن تَحْتِي ۖ أَفَلَا تُبْصِرُونَ
( 51 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 51 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 51](style/islamic/icons/mp3.png)
Fir’on öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?! Məgər (mənim qüdrətimi) görmürsünüzmü?!
أَمْ أَنَا خَيْرٌ مِّنْ هَٰذَا الَّذِي هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ
( 52 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 52 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 52](style/islamic/icons/mp3.png)
Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü belə) aydın deyə bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı (daha üstün) deyiləmmi?!
فَلَوْلَا أُلْقِيَ عَلَيْهِ أَسْوِرَةٌ مِّن ذَهَبٍ أَوْ جَاءَ مَعَهُ الْمَلَائِكَةُ مُقْتَرِنِينَ
( 53 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 53 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 53](style/islamic/icons/mp3.png)
(Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli deyildimi?!”
فَاسْتَخَفَّ قَوْمَهُ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ
( 54 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 54 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 54](style/islamic/icons/mp3.png)
Beləliklə, (Fir’on) öz qövmünü yelbeyin (yüngül) yerinə qodu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir qövm idilər!
فَلَمَّا آسَفُونَا انتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ
( 55 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 55 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 55](style/islamic/icons/mp3.png)
(Fir’on əhli) Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (suya) qərq etdik.
فَجَعَلْنَاهُمْ سَلَفًا وَمَثَلًا لِّلْآخِرِينَ
( 56 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 56 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 56](style/islamic/icons/mp3.png)
Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.
وَلَمَّا ضُرِبَ ابْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ
( 57 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 57 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 57](style/islamic/icons/mp3.png)
(Ya Rəsulum!) Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. (Müşriklərə xitabən: “Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz!” ayəsi nazil olduqda, onlar öz cahillikləri üzündən: “Yəhudilər Üzeyrə, xaçpərəstlər İsaya, Bəni Məlih qəbiləsi mələklərə ibadət edirlər. Əgər bu tanrıların hamısı cəhənnəm odunda yanacaqsa, biz də öz bütlərimizin odda yanmasına razıyıq!” – deyə sevindilər).
وَقَالُوا أَآلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ
( 58 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 58 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 58](style/islamic/icons/mp3.png)
Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!
إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَاهُ مَثَلًا لِّبَنِي إِسْرَائِيلَ
( 59 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 59 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 59](style/islamic/icons/mp3.png)
O (Məryəm oğlu İsa) ancaq ne’mət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir.
وَلَوْ نَشَاءُ لَجَعَلْنَا مِنكُم مَّلَائِكَةً فِي الْأَرْضِ يَخْلُفُونَ
( 60 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 60 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 60](style/islamic/icons/mp3.png)
Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq (onlar da Bizə ibadət edərdilər).
وَإِنَّهُ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُونِ ۚ هَٰذَا صِرَاطٌ مُّسْتَقِيمٌ
( 61 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 61 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 61](style/islamic/icons/mp3.png)
Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!
وَلَا يَصُدَّنَّكُمُ الشَّيْطَانُ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ
( 62 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 62 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 62](style/islamic/icons/mp3.png)
Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir!
وَلَمَّا جَاءَ عِيسَىٰ بِالْبَيِّنَاتِ قَالَ قَدْ جِئْتُكُم بِالْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ الَّذِي تَخْتَلِفُونَ فِيهِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ
( 63 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 63 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 63](style/islamic/icons/mp3.png)
İsa açıq-aşkar mö’cüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bə’zi şeyləri (Tövratdakı bir sıra dini hökmləri) izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!
إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَٰذَا صِرَاطٌ مُّسْتَقِيمٌ
( 64 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 64 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 64](style/islamic/icons/mp3.png)
Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!”
فَاخْتَلَفَ الْأَحْزَابُ مِن بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِّلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ
( 65 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 65 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 65](style/islamic/icons/mp3.png)
Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü (xaçpərəstlər: “İsa Allahın oğludur!” – dedilər, yəhudilər isə onun peyğəmbərliyini büsbütün inkar etdilər). Acı bir günün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına!
هَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ
( 66 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 66 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 66](style/islamic/icons/mp3.png)
Onlar özləri də bilmədən qəfildən başlarının üstünü alacaq o saatdan (qiyamət saatından) başqa bir şeymi gözləyirlər?!
الْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ
( 67 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 67 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 67](style/islamic/icons/mp3.png)
Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!
يَا عِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ الْيَوْمَ وَلَا أَنتُمْ تَحْزَنُونَ
( 68 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 68 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 68](style/islamic/icons/mp3.png)
(Müttəqilərə belə deyiləcəkdir:) “Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə də görməyəcəksiniz!
الَّذِينَ آمَنُوا بِآيَاتِنَا وَكَانُوا مُسْلِمِينَ
( 69 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 69 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 69](style/islamic/icons/mp3.png)
O bəndələr ki, ayələrimizə iman gətirib (Bizə) təslim olmuşlar.
ادْخُلُوا الْجَنَّةَ أَنتُمْ وَأَزْوَاجُكُمْ تُحْبَرُونَ
( 70 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 70 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 70](style/islamic/icons/mp3.png)
Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!”
يُطَافُ عَلَيْهِم بِصِحَافٍ مِّن ذَهَبٍ وَأَكْوَابٍ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ الْأَنفُسُ وَتَلَذُّ الْأَعْيُنُ ۖ وَأَنتُمْ فِيهَا خَالِدُونَ
( 71 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 71 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 71](style/islamic/icons/mp3.png)
(Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!
وَتِلْكَ الْجَنَّةُ الَّتِي أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ
( 72 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 72 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 72](style/islamic/icons/mp3.png)
Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər müqabilində varis olduğunuz Cənnətdir!
لَكُمْ فِيهَا فَاكِهَةٌ كَثِيرَةٌ مِّنْهَا تَأْكُلُونَ
( 73 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 73 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 73](style/islamic/icons/mp3.png)
Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz!
إِنَّ الْمُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ
( 74 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 74 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 74](style/islamic/icons/mp3.png)
Günahkarlar (kafirlər) isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində qalacaqlar.
لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ
( 75 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 75 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 75](style/islamic/icons/mp3.png)
Onlardan (bu əzab) yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!
وَمَا ظَلَمْنَاهُمْ وَلَٰكِن كَانُوا هُمُ الظَّالِمِينَ
( 76 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 76 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 76](style/islamic/icons/mp3.png)
Biz onlara zülm etmədik, amma onlar özləri zalım idilər (öz-özlərinə zülm etdilər).
وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُم مَّاكِثُونَ
( 77 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 77 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 77](style/islamic/icons/mp3.png)
Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): “Siz (həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir!
لَقَدْ جِئْنَاكُم بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَارِهُونَ
( 78 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 78 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 78](style/islamic/icons/mp3.png)
(Allah Cəhənnəmdə olan Məkkə müşriklərinə buyuracaqdır:) “Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı”.
أَمْ أَبْرَمُوا أَمْرًا فَإِنَّا مُبْرِمُونَ
( 79 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 79 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 79](style/islamic/icons/mp3.png)
Yoxsa onlar (Peyğəmbərə hiylə qurmaqla) düzgün iş görmüşdülər?! Elə isə Biz də (onlara əzab verməklə) düzgün iş görürük!
أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَاهُم ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ
( 80 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 80 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 80](style/islamic/icons/mp3.png)
Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar!
قُلْ إِن كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌ فَأَنَا أَوَّلُ الْعَابِدِينَ
( 81 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 81 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 81](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) De: “Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi mən olaram!
سُبْحَانَ رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ
( 82 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 82 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 82](style/islamic/icons/mp3.png)
Göylərin və yerin Rəbbi, ərşin Rəbbi (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!”
فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ
( 83 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 83 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 83](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) Qoy onlar və’d olunduqları günə (qiyamət gününə) qovuşana qədər (bihudə işlərə) qurşanaraq (dünyada özləri üçün) oynayıb əylənsinlər!
وَهُوَ الَّذِي فِي السَّمَاءِ إِلَٰهٌ وَفِي الْأَرْضِ إِلَٰهٌ ۚ وَهُوَ الْحَكِيمُ الْعَلِيمُ
( 84 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 84 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 84](style/islamic/icons/mp3.png)
Göydə də tanrı, yerdə də tanrı Odur. O, hikmət sahibidir, (hər şeyi) biləndir!
وَتَبَارَكَ الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُ عِلْمُ السَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ
( 85 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 85 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 85](style/islamic/icons/mp3.png)
Göylərin və yerin, onların arasındakı hər şeyin ixtiyarı əlində olan (Allah) nə qədər ucadır (nə qədər uludur)! O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək Ona məxsusdur. Siz (öləndən sonra) Onun hüzuruna qaytarılıb gətiriləcəksiniz!
وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِن دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَن شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ
( 86 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 86 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 86](style/islamic/icons/mp3.png)
(Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə “la ilahə illallah” deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar).
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ
( 87 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 87 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 87](style/islamic/icons/mp3.png)
And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər?
وَقِيلِهِ يَا رَبِّ إِنَّ هَٰؤُلَاءِ قَوْمٌ لَّا يُؤْمِنُونَ
( 88 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 88 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 88](style/islamic/icons/mp3.png)
Onun (Muhəmməd əleyhissəlamın): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!” – deməsi də (dərgahımızda mə’lumdur)!
فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَامٌ ۚ فَسَوْفَ يَعْلَمُونَ
( 89 ) ![Azəri - Az-Zukhruf ( The Gold Adornment ) - Aya 89 Az-Zukhruf ( The Gold Adornment ) - Aya 89](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) Onlardan üz çevir və (arada düşmənçilik, kin-küdurət olmasın deyə, rastlaşdıqda) “Salam!” de. Onlar (küfrləri üzündən başlarına nə gələcəyini) mütləq biləcəklər!